“Dərin dövlət” yaratmaq vaxtıdır

Subyektiv
 
Türkiyəli qardaşlarımızın “Can Azərbaycan” adlandırdığı məmləkətimiz 44
günlük Qarabağ Müharibəsindən də həssas və kövrək bir mərhələyə daxil olub. Elə bir
vaxtdır ki, bu xalqa münasibətdə hər kəsin dostluğunu da, düşmənçiliyini də duymaq
çətin deyil. Ukrayna-Rusiya müharibəsinin və dünya üzrə iqtisadi böhranın daha da
kəskinləşdirdiyi indiki dövrdə hər bir vətəndaşdan yalnız öz vicdan borcu qarşısında
hərəkət etməyi tələb edir. Minlərlə insan övlad itkisi acısını yaşayır. Amma
təsəlli tapmaq yollarını da nəzərdən keçirmək olar. Belə ki, Türkiyə kimi nəhəng bir
dövlətin zaman-zaman saya gəlməyən şəhid vermə tarixinə baxanda – Çanaqqala
qurbanları, 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun Bakını
bolşevik-daşnak dəstələrindən azad etdiyi vaxt minlərlə mehmetlərin şəhadətə uğraması,
az qala bir əsrə yaxındır ki, PKK deyilən terror təşkilatı tərəfindən öldürülən
türk övladları – Azərbaycan dərd-qəm yükünü yerə qoymağa çalışmalıdır.
Gecə düşəndə daş-qaya üzərində yuxusunu alıb, səhər açılanda oyanıb topların
arxasında dayanan əsgərlərimizə isti paltar, ev yeməkləri daşıyan həmin vətəndaşlardır
ki, indi qeyri-müəyyən hal yaşayırlar. İntiharlar səngimək bilmir, sanki gələcəyə nikbin
baxmaq çətinləşir. Nazirliklərin yerinə yetirməli olduqları işlərin yubadılır,  mənəvi-psixoloji durumları həssas olan insanlar nahaq yerə incidilir.
Digər tərəfdən başa çatdırılmalı çətin iş – işğaldan azad edilən Qarbağ bölgəsinin
birinci olaraq minalardan təmizlənməsidir ki, insanlar öz yurdlarına gedib yaşaya
bilsinlər. Bu işlərin böyük çətinliklə olsa da, uğurla həyata keçirilməsi vətəndaş
həmrəyliyi tələb edir. Yalnız inzibatçılğa dayanaraq işləmək olmaz. İctimaiyyətə kömək üçün
müraciət edilməlidir ki,  planlar həyata keçirililə bilsin.
Əgər vətəndaş ölkənin üzləşdiyi çətinlikləri aradan qaldırmaq uğrunda
qüvvəsini sərf edərsə, onun daxilində qürur hissi yaranar. İnsanların hündürmərtəbəli
binaların damına çıxıb, özünü yerə atması, yaxud narkotiklərə qurşanması halları azalar.
Bütün bu cür fikirlər sonda nəticə olaraq belə bir düşüncəni ortaya qoyur ki,
Amerikada fəaliyyət göstərdiyi deyilən “Dərin dövlət” qurumunun bizim
ölkədə yaradılmasına ehtiyac var. Bizim ölkədə tarixi proseslərdə formalaşıb,
sınaqlardan çıxmış siyasi qüvvələr və onları təmsil edən liderlər kifayət qədərdir. Ölkə
ictimaiyyətinin sağlam istiqamətə
yönəldilməsində belə bir qurum yaradılması barədə arzu və təklif xalqını sevən
hər kəs tərəfindən bəyəniləndir.
Nəzakət Muradova