ABŞ rəsmisi Bakıda vəkillərlə görüşdü

ABŞ Dövlət Katibinin müavininin demokratiya, İnsan haqları və əmək məsələləri üzrə köməkçisi xanım Kara McDonald bu gün Amerikanın Bakıdakı səfirliyində bir qrup vəkil ilə görüşüb.

 

Bu haqda vəkil Nemət Kərimli özünün feysbuk səhifəsində məlumat yayıb.

 

“Ölkədəki insan hüquqlarının vəziyyəti, seçki qanunvericiliyi və Tərtər hadisələri geniş müzakirə olundu. Xanım bir daha Bayden admistirasiyası üçün insan hüquqlarının, demokratiyanın pioritet olduğunu xüsusi vurğuladı. Ümumi fikir ondan ibarət oldu ki, ölkəmizdə ən əsas problem seçki azadlığıdır, bu həll olarsa digər məsələlər zamanla həllini tapacaq, bu hakimiyyətin azad seçki keçirtmək həvəsində olmadığını bildirdim. Vəkilliyin problemləri də müzakirə mövzusu oldu” – deyə, Nemət Kərimli qeyd edib.

 

Basta