“Rusiya terrorçu dövlət kimi tanınmalıdır” – Zelenski

“Rusiya rəsmi olaraq terrorçu dövlət kimi tanınmalıdır”. Zelenski Vinnitsanın atəşə tutulması ilə bağlı Qərb ölkələrinə müraciət edib

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 141-ci gününün yekunları ilə bağlı video müraciət edib. O, adətinin əksinə olaraq, çıxışını ölkə vətəndaşlarına deyil, demokratik dünyaya ünvanlayıb.

Prezidentin çıxışı Vinnitsa şəhərinə raket hücumu ilə bağlı olub. Qeyd edək ki,  Vinitsaya raket zərbələri nəticəsində üçü uşaq olmaqla azı 23 nəfər həlak olub. Zelenski müraciətində Rusiyanın “terrorçu dövlət” kimi tanınmasını və Ukraynada hərbi cinayətlərə görə beynəlxalq tribunalın yaradılmasını tələb edib.

Basta