Müsavat Məclisinin sessiyası keçirildi

İyulun 16-da Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda əvvəlcə təşkilati məsələlərə baxılıb. Partiyanın 30-a yaxın rayon və şəhər təşkilatlarında sədr seçilən şəxslərin Məclis üzvü səlahiyyətləri təsdiq edilib.

Müsavat başqanı Arif Hacılı əvvəlcə Azərbaycan Xalq  Cəbhəsinin yaranmasının 33-cü ildönümü  münasibətilə iclas iştirakçılarını təbrik edib.

“Bu mühüm hadisənin ildönümlərinin yenidən dövlət tədbiri səviyyəsində qeyd edilməsi arzusu ilə AXC nin üzvü, Xalq Hərəkatının iştirakçısı olmuş hər kəsi, bütün Azərbaycan xalqını təbrik edirəm” – deyə, Arif Hacılı qeyd edib.

Müsavat başqanı daha sonra ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr mövzusunda məruzə ilə çıxış edib.

Toplantıda Məclis üzvləri İsa Qəmbər, Almaz Əliqızı, Zakir İsmayıl, Osman Kazımov, Gülağa Aslanlı, Əlipənah Rzalı, Mustafa Hacıbəyli və digərləri çıxış ediblər. Çıxışlarda Azərbaycan hakimiyyətinin şəhid ailələri və qazilərə biganə münasibəti pislənilib, pandemiyanın başa çatmasına baxmayaraq, quru sərhədlərin bağlı saxlanmasının əsassız olduğu vurğulanıb.

İclasda “İşğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı Müsavat Partiyasının   təklifləri” adlı sənəd əsas kimi qəbul olunub.
Sonda cari məsələlər müzakirə olunub.
.
.
.
.
.

.

Basta