Gömrük Komitəsinin sədri vəzifədən çıxarıldı
Şənbə günü dövlət başçısı Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində azad edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanın baş gömrük məmuru bir sıra korrupsiya qalmaqallarından sonra işdən qovulub.
Mehdiyev rəhbərlik etdiyi idarədə çoxsaylı korrupsiya faktlarına görə məsuliyyət daşıyır. Son həftələr Dövlət Təhlükəsizliyi Xidmətinin gömrük sistemində bir neçə əməliyyatı həyata keçirilib və bir neçə yüksək vəzifəli məmur korrupsiya ittihamı ilə həbs edilib.
Görünən odur ki, Səfər Mehdiyevin də bu cinayətlərə görə cavab verməli olacag və o da, məsuliyyətə cəlb olunanlar siyahısında ola bilər.

