Arif Hacılı: “Sülh danışıqlarının vasitəçilərsiz keçirilməsi müsbət haldır”

İyulun 16-da Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Tbilisidə “Radisson” otelində baş tutan görüş Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin iştirakı ilə başlayıb.

Gürcü diplomat etimada və Tbilisidə görüş qərarına görə tərəflərə minnətdarlığını bildirib.

O, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərin nəticə verəcəyinə əminliyini ifadə edib.

Sonra Bayramov və Mirzoyan üzbəüz danışıb, daha sonra geniş tərkibdə nümayəndə heyətləri ilə danışıqlar davam etdirilib.

Ümumilikdə danışıqlar üç saat davam edib. Görüşdən sonra mətbuata açıqlama verilməyib.

Müsavat başqanı Arif Hacılı hesab edir ki, Azərbaycan – Ermənistan münasibətlərinin gələcək inkişafı barədə müzakirələrin Tbilisidə və vasitəçisiz keçirilməsi müsbət haldır.

“Biz hələ 2020-ci ilin noyabrında bu təklifi vermişik. Hesab edirik ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar bu formatda davam etdirilməlidir”.

 

Basta