Rusların Ermənistana axını narazılıq yaratdı – Yerevanda aksiya
Bu gün Yerevan şəhərində bir qrup yerli sakin hökumət binası qarşısında etiraz aksiyası keçirib.
Ermənistan mətbuatı xəbər verir ki, etirazçılar kirayə mənzillərin qiymətinin bahalaşmasından narazılıqlarını bildirib, hökumətin məsələyə müdaxiləsini tələb ediblər. Onların sözlərinə görə, Ukraynada müharibə başladıqdan sonra rusların Ermənistana axını güclənib. Nəticədə kirayə mənzillərin qiymətləri kəskin artıb. Kirayədə yaşayanlar deyirlər ki, aldıqları maaş mənzilin kirayə haqqını belə ödəməyə çatmır.
“Bir otaqlı mənzil ən azı 150 min dramdır (370 dollar). Belə qiymət olar? Bu hələ ən pis vəziyyətdə olan evlərin qiymətidir. Normal mənzillərin qiyməti 1000 dollardan yuxarıdır. Ev sahibləri erməniləri mənzillərdən çıxarır, ruslara verirlər”, – deyə aksiya iştirakçıları narazılığını bildiriblər.
Basta