“Bayraqdar” Rusiya ordusunun iki gəmisin məhv etdi – Video

Ukrayna ordusu “Bayraqdar”ın köməyi ilə Zmeinı adası yaxınlığında Rusiyanın  “Raptor” tipli iki gəmisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı Valeri Zalujnı bildirib.

 

“Bu gün səhər saatlarında Zmeinı adası yaxınlığında Rusiyanın iki “Raptor” tipli gəmisi məhv edilib. “Bayraqdar” işləyir”, – deyə,  Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı öz teleqram kanalında yazıb.