Ordu ilə bağlı paylaşıma görə bir nəfər həbs olunub, bir neçə nəfərə xəbərdarlıq edilib

İyulun 27-də jamaz.info saytının rəhbəri İbişbəyli Fikrət, miq.az saytının rəhbəri Alışov Aqil, həmçinin sosial şəbəkə istifadəçiləri, Şirvan şəhər sakini , Lənkəran rayon sakini İsmayıl Elçin Cabbarlı Əli və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Baş Prokurorluğa dəvət olunublar.

Onlara ölkənin Silahlı Qüvvələrinə kölgə salan xəbərlərın yayılmasının yolverilməzliyi ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, həmin gün Bakı şəhəri Nizami rayon məhkəməsi onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.

Prokurorlugun xəbərindən bu şəxslərin konkret olaraq nəyi dərc etdiyi və yuxarıdakı pozuntunun nədən ibarət oldugu  bəlli deyil.

Turan