İran Ermənistana ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır
İrandan Ermənistana ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 37% artıb.
Armenpress-in İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib.
Səfir Zəncan vilayətinin nümayəndə heyəti ilə görüşdə Ermənistanı Aİ ölkələri ilə ticarət əlaqələrinin qurulması üçün təhlükəsiz və etibarlı kommunikasiya körpüsü adlandırıb.
Zohuri qeyd edib ki, İran və Ermənistanın dövlətlərarası komissiyasının gündəliyində bir neçə mühüm layihə var.
“Hazırda İrandan Ermənistana ixracın həcmi 560 milyon dollara çatıb və biz bunu 1 milyard dollara çatdırmağı planlaşdırırıq”, – səfir əlavə edib.
Basta