Pakistanda daşqınlarda minə yaxın insan ölüb

Avqustun 26-da Pakistan hakimiyyəti aramsız musson yağışları səbəbindən baş verən daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan edib. Avqustda Sind əyalətində yağıntılar orta göstəricidən 780%, Bəlucistanda isə demək olar ki, 500% çox olub. Daşqınlar ən azı 937 nəfərin həyatına son qoyub, yüz minlərlə ev dağılıb.

Səlahiyyətlilər, 33 milyon insanın və ya Pakistan əhalisinin təxminən 15%-nin bu və ya digər şəkildə zərər çəkdiyini təxmin edir. Baş nazir Şahbaz Şərif beynəlxalq yardım istəyib və etiraf edib ki, xilasedicilər insanların təxliyyə olunmasını gözləyən bir çox ərazilərə çata bilmirlər. Hökumət baş verənləri iqlim dəyişikliyi ilə əlaqələndirir və daşqınlar ölkə tarixindəki ən güclü təbii fəlakət adlandırır.

Basta