Ruben Vardanyanın istefası gündəmə gəldi
Xankəndidə siyasi qarşıdurma
Ermənistan mətbuatında Xankəndidəki separatçı rejimin “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanın yaxın saatlarda istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.
Lakin Vardanyan pzünün feyspuk hesabında etdiyi paylaşımda İstefa vermək fikrində olmadığını bildirib.
“Xüsusilə indiki vəziyyətdəBu vəziyyətdə düşmənin gündəminə xidmət edib təslim olmağa haqqımız yoxdur” – Vardanyan belə deyib.
Ermənistan mətbuatında dərc olunan yazılardan anlaşılır ki, Vardanyan ilə seratçı rejimin nominal başçısı Araik Aratunyan arasında ixtilaf yaranıb. Rusiyalı milyarderin Ermənistanın baş naziri Nikol Paşinyan ilə siyasi qarşıdurma şəraitində olduğu bildirilir.
Paşinyan ailəsinə məxsus olan “Haykakan jamanx” qəzetinə açıqlama verən hərbi və siyasi məsələlər üzrə ekspert Armine Marqaryanın fikrincə, son günlər Ruben Vardanyanın demək olar ki, bütün bəyanatları təhlükəlidir: “Ruben Vardanyan açıq şəkildə danışır ki, bəzi adamlar şəxsi münasibətlər sayəsində Laçın dəhlizindən necə keçə biliblər. Bu bəyanat, sözün əsl mənasında, Artsax erməniləri üçün dağıdıcı nəticələrə səbəb ola bilər, çünki birincisi, o, Azərbaycanın Laçın dəhlizinin heç bağlanmadığına dair yanlış mövqeyini dəstəkləyir, ikincisi, yerli və beynəlxalq maraqlı tərəflərin səylərini minimuma endirir”.
Marqaryan, həmçinin qeyd edib ki, Ruben Vardanyan Rusiyalı sülhməramlıları birmənalı dəstəklməklə Qarabağa başqa ölkələrin sülhməramlı qüvvələrinin gətirilməsi səylərinin üstündən xətt çəkir: “Vardanyan deyir ki, Artsax xalqı bu vəziyyətdə hər şeyi edəcək ki, rus sülhməramlıları ermənilərin onların yanında olduqlarını hiss etsinlər. Bu sürreal bəyanatdır. Bunun əksi olmalı idi. Başqa sözlə, Artsaxın dövlət naziri beynəlxalq ictimaiyyətə siqnal göndərir ki, Dağlıq Qarabağ beynəlxalq dəstəyə ehtiyac hiss etmir və Rusiya sülhməramlılarının hərəkətlərindən razıdır”.
“Diqqətsiz, siyasi etiketdən kənar və emosional bəyanatlar nəinki xarici təhlükəsizlik təhdidlərinin neytrallaşdırılmasına mane ola bilər, həm də daxili təhlükəsizliyə və mənəvi-psixoloji problemlərə səbəb ola bilər”, – deyə, Marqaryan vurğulayıb.
Vardanyanın son bəyanatlarının onun, Rusiya layihəsi olması ilə bağlı efirdə yayılan şayiələri təsdiq edib-etmədiyi barədə suala cavab olaraq, Marqaryan deyib ki, “dövlət nazirinin” havada dolaşan bu şayiələri dağıtmaq üçün hələ vaxtı var.
Basta