Paşinyan gizli görüş keçirdi: “İlin sonunadək Azərbaycanla müqavilə imzalamalıyıq”

 

Bu gün, sentyabrın 4-də Ermənistanın baş naziri Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları ilə qapalı görüş keçirib. Onlar yerli özünüidarə orqanlarına keçiriləcək seçkilər və partiyalarının qarşıdan gələn qurultayını müzakirə ediblər.

Ermənistan mətbuatının yaydığı məlumata görə, görüşün sonunda Nikol Paşinyan hakim partiyanın deputatlarını onunla Əliyev arasında keçirilən görüşün bəzi təfərrüatları barədə məlumatlandıraraq bildirib ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

Basta