Elçin Sadıqov həbsdən buraxıldı

Sentyabrın 17-də vəkil Elçin Sadıgov azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsi onun barəsindəki həbs qətimkan tədbiri barədə qərarı ev dustaqlığı ilə əvəz edib.

***

Vəkil Elçin Sadıqov onun  ofisində  axtarış başa çatdıqdan sonra  Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.

Bundan əvvəl vəkil jurnalistlərə bildirib ki, mənzilindən və ofisindən qeyri-qanuni olaraq peşə fəaliyyəti ilə bağlı sənədlər götürülüb.

O, prokurorluq nümayəndələrinin hərəkətlərini qanunsuz adlandırıb.

Sadıqovun sözlərinə görə, axtarış qərarı verilərkən onun vəkil olması barədə məhkəməyə məlumat verilməyib.

“Onlar məhkəməni aldadıblar”, – Sadıqov bildirib.

Vəkilin hansı statusda Baş Prokurorluğa aparıldığı hələlik bəlli deyil.

 


*   *   *

2022 Sentyabr 10 (Şəmbə) 19:28:40

Vəkil Elçin Sadıqovun mənzilində axtarış zamanı sənədlər götürülüb /YENİLƏNİB/

Bakı/10.09.22/Turan: Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıblar. Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.

Prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək E.Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.

Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın  da apardığı işlərlə bağlı sənədlər götürülüb.

Z.Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.

Vəkil Aqil Layıc də vəkillərin sənədlərinin götürülməsinin hüquqa zidd  olduğunu vurğulayıb.

Vəkil Aqil Laicin sözlərinə görə, Vəkillər və vəkillik fəaliyyəti haqqında AR Qanununun 7-ci maddəsinə görə,

«peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz».

Dosyeyə nə daxildir, nə daxil ola bilər, nə dərəcədə aiddiyyatı sənədlərdir məsələsini müstəsna olaraq vəkilin özü həll edir, deyə Layıc bildirib.

 

E.Sadıqovun iş otağında axtarış davam edir.—21B06-

*   *   *

2022 Sentyabr 10 (Şəmbə) 16:42:03

Prokurorluq redaktor Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun evlərində axtarış aparır

Bakı/10.09.22/Turan: Pokuratura “Xural” saytının redaktoru əvəz Zeynallının və vəkil Elçin Sadıqovun ofis və mənzillərində axtarışlara başlayıb

Baş Prokurorluqdan Turan agentliyinə bildiriblər ki, “fakt üzrə cinayət işi açılıb və istintaq tədbirləri aparılır”.

Zeynallının  rüşvət almaqda şübhəli şəxs qismində tutulduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb.