Daha iki şəhidin adı açıqlandı, yaralananlardan 21-i ağır vəziyyətdədir
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçularının sayı 79-a çatıb.
Sentyabrın 17-də Müdafiə Nazirliyi şəhid olan daha iki hərbçimiz barədə məlumat yayıb:
10 iyul 2003-cü il təvəllüdlü Əsgər Omarov Eşqin Nəsib oğlu
11 oktyabr 1997-ci il təvəllüdlü Baş leytenant Nəcəfzadə Hüseyn Abbasqulu oğlu
Nazirlikdən həmçinin bildirilib ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Basta