Qazaxda vətəndaşın torpaq sahəsi əlindən alınıb: ŞİKAYƏT

Qazax rayon Xanlıqlar kənd sakini Diləfrüz Nəsibova torpağının əlindən alındığını deyir.

Torpağının bələdiyyə sədri Həməşəyev Mahmud Oruc oğlunun başqasına verdiyini deyən kənd sakini qanunlara əməl olunmadığından şikayətçidir.

Onun sözlərinə görə, pay torpağının sənədi olmasına baxmayaraq bir neçə ildir əlindən alınıb.

Diləfrüz Nəsibova dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini, buna baxmayaraq ölçü götürülmədiyini deyir.

Məsələ ilə bağlı Xanlıqlar kənd bələdiyyə sədri Həməşəyev Mahmud Oruc oğlu ilə əlaqə saxladıq.

Bələdiyyə sədri mövzu ilə bağlı suallara cavab verməkdən imtina etdi.

Mövzu ilə bağlı sujetə buradan bax:

Belediyye.net