Urvalılar: “Aylardır avtobus gözləyirik. Elə deyirlər ki, gözləyin”
Qusar rayonunun Urva kəndinin sakinləri ictimai nəqliyyat problemi yaşayırlar.
Uzun zamandır Urva kəndinə marşrut işləmir. Kənd sakinlərinin döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Hər dəfə onlara vəd verib ümidləndiriblər.
Urvalılar, “Aylardır avtobus gözləyirik. Avtobus isə qeyb olub göylərə çəkilib. Elə deyirlər ki, gözləyin”, – deyərək səbrlərinin tükəndiyini bildirirlər.
“Qazancımızı yola xərcləyirik. Taksi xidmətindən istifadə etməyə məcburuq. Əvvəllər şəhər mərkəzinə gedib-qayıtmaq 1 manat 20 qəpiyə başa gəlirdi, indi 4 manata”, -sakinlərdən biri belə deyir.
Qeyd edək ki, Qusar rayonunun Urva kəndi rayon mərkəzinin 15 km-də yerləşir. Əhalisinin sayına görə rayonun ən böyük kəndlərindəndir.
Məsələ ilə bağlı kəndin icra nümayəndəsinə müraciət etdik. Rəsmi qurumdan Belediyye.netə bildirildi ki, urvalıların avtobus problemi tezliklə həllini tapacaq.
Məsələni diqqətdə saxlayacağıq.
Basta