Əsirlikdən azad olunan ukraynalı komandirlər Türkiyə prezidentinin himayəsində olacaqlar

Sentyabrın 21-də mübadilə çərçivəsində Ukraynanın 200 müdafiəçisi, o cümlədən Azovstal və Mariupolun 188 müdafiəçisi əsirlikdən azad edilib. Bunun müqabilində Rusiya Federasiyası əsirlikdə olan bir qrup  hərbçisini, eləcə də xalq deputatı və Rusiya prezidenti Vladimir Putinin yaxını  Viktor Medvedçuku təhvil alıb.

Bu barədə Ukrayna prezidenti ofisinin  rəhbəri Andrey Yermak məlumat verib.

Sentyabrın 21-də dəyişdirilən beş döyüş komandiri müharibə bitənə qədər Ukraynaya qayıtmayacaq.

Bunu Ukrayna isə prezident Vladimir Zelenski  videomüraciətində deyib.

“200 əsgərdən əlavə, daha beş döyüş komandirini geri qaytardıq, onlar üçün daha çox, daha uzun danışıqlar aparmalı olduq. Onlar ən qəddar cəza təhlükəsindən qurtardılar. Beş superqəhrəman”, – Zelenski bildirib.

“Unian” həmin şəxslərin adlarını dərc edib:

Denis Prokopenko, “Azov” polkunun komandiri;
Svyatoslav Ponomar, “Azov” komandirinin müavini;
Oleq Xomenko, “Azov”un baş zabiti;
36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınski;
Denis Şleq, 12-ci briqadanın komandiri.

“Onların müqabilində nə mərhəmətə, nə rəğbətə, nə də heç bir sözə layiq olmayanlardan 55-ni verdik. Ukraynaya qarşı vuruşanları. Ukraynaya xəyanət edənləri. Bizə qətiyyən lazım olmayanları verdik”, – Zelenski deyib.

Ukrayna lideri  həmçinin bildirib ki, müvafiq razılaşmaya əsasən, azad edilən komandirlər müharibənin sonuna qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsində olacaqlar. Onlar üçün komfort şərait və ailələri ilə görüşmək imkanı təmin ediləcək.

Basta