İran səfiri Ukraynadan qovuldu
Ukrayna tərəfi İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək və İran səfirliyinin diplomatik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.
“Evropeyska Pravda”nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin cümə günü dərc olunmuş məlumatında deyilir.
Qeyd olunur ki, İranın Ukraynadakı müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona bildirilib ki, İranın Rusiyaya silah verməsi Tehranın guya “neytral mövqe tutması” və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi barədə bəyanatlarına ziddir.
“Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna və İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir”, – XİN bildirib.
“Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib”, – XİN əlavə edib.
Basta