Sərhəddə atışma: Ermənistan üç hərbçisinin öldüyünü bildirib

Çərşənbə günü axşam saatlarında baş verən atışma nəticəsində Ermənistan-Azərbaycan sərhədində 3 erməni hərbçisi həlak olub. Bu barədə saat 22:00-da Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Onların dəqiq harada öldüyü barədə məlumat verilmir. Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl Kəlbəcər rayonunun Alagellar ərazisindəki mövqelərimizin atəşə tutulması barədə məlumat yayıb. Nəticədə bir Azərbaycan əsgəri yaralanıb.

Qeyd edək ki, bu, sentyabrın 12-14-də şiddətli döyüşlərin getdiyi və hər iki tərəfdən ciddi itkilərin olduğu sərhəd hissəsidir.