Ukrayna ordusu İran istehsalı olan 8 pilotsuz təyyarəni vurdu
Ukrayna Ordusunun Baş Qərargahı ölkə qüvvələrinin Rusiya hücumları zamanı İranın istehsal etdiyi 8 kamikadze pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
İndiyədək Ukrayna ordusu Rusiyanın bu ölkəyə qarşı apardığı müharibədə İrana məxsus bir neçə “Şəhid 136” pilotsuz təyyarəsinin vurulduğunu elan edib.
Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 23-də yaydığı bəyanatda Rusiyanın Ukraynaya hücumunda İranın pilotsuz təyyarələrindən istifadə etməsinə cavab olaraq İranın bu ölkədəki səfirinin etimadnaməsini geri götürmək və işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəldiyini açıqlayıb.
İran mediası, xüsusilə SEPAH-a bağlı mətbuat orqanları İran istehsalı olan pilotsuz uçuş aparatının Ukraynaya qarşı hücumlarda əhəmiyyətli rol oynadığı barədə təbliğat xarakterli məlumatlar yayır.
Gunaz TV