Müsavat Divanının gündəliyi
Oktyabrın 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və keçirilən tədbirlərlə bağlı məlumat verib.
Müsavatın Goranboy və Nəsimi rayon təşkilatlarında keçirilən hesabat-seçki iclasları barədə məlumat dinlənilib.
İclasda İkinci Fəxri Xiyabanda və başqa yerlərdə şəhidlərin məzarları üzərindən Türkiyənin dövlət bayraqlarının çıxarılmasına etiraz bildirilib.
Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında irəli sürülən yeni təkliflər müzakirə edilib.
Ukrayna Silahlı Qüvvələrinin işğalçı Rusiya Ordusuna qarşı mübarizədə son uğurları, İranda rejimə qarşı etiraz aksiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.