Ukrayna ordusu iki həftəyə altı min kvadrat kilometr ərazini azad edib

 

Rus ordusu bir həftə ərzində dörd min kvadrat kilometr ərazidən geri çəkilib.

Belə hesablamaları “Agentlik” təqdim edir.

Nəşr Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun öz brifinqlərində göstərdiyi xəritələri müqayisə edib. Bu sənədlərə görə, Xarkov vilayətində Rusiya ordusu Oskol çayı boyunca Rusiya sərhədindən cənubda 350 kvadrat kilometrlik kiçik bir əraziyə nəzarəti davam etdirir. Avqustda bütün rayonun 33 faizi, yəni 10,6 min kvadrat kilometr ərazisi işğal altında idi.

Digər mühüm itkilər Liman və ətrafıdır. Azad edilmiş ərazilərin ümumi sahəsi min kvadrat kilometrdən bir qədər çoxdur. Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin şimalında Dunay boyunca hücumlarını davam etdirir. Oradakı rus dəstəsi Davıdov Brod, Novaya Kamenka və Dudçandan cənuba çəkilib. İtkilər 1,3 min kvadrat kilometr təşkil edib. Çoxdur, yoxsa az, yanaşmalar müxtəlif cür ola bilər.

Sentyabrın iki həftəsi ərzində Xarkov vilayətində əks-hücum zamanı Ukrayna altı min kvadrat kilometr ərazini azad etdi. Ali komandanlıq belə bir əməliyyatı uğurlu hesab edir.

 

Dadaş Əhmədli