Azərbaycan 17 erməni hərbçini Yerevana qaytardı
Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatları zamanı saxlanılan 17 hərbçini ABŞ-ın vasitəçiliyi ilə qarşı tərəfə təhvil verib.
Bu haqda Ermənistan mətbuatı məlumat yayıb.
***
Daha əvvəl Modern.az xəbər verib ki, ölkəsinə təhvil verilən erməni hərbçilərdən 4 nəfəri yaralıdır. Onlara Azərbaycanda lazımi tibbi yardım göstərilib.
Yaxın vaxtlarda hərbçilərin Ermənistana qaytarılması planlaşdırılır.
Qeyd edək ki, proses beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.