Ərdoğan və Paşinyan ilk dəfə cümə axşamı Praqada görüşəcək

Türkiyənin “Milliyet” qəzeti yazır ki, oktyabrın 6-da Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk təkbətək görüş planlaşdırılır:

“Sabah Türkiyə vaxtı ilə saat 19.00-da prezident Ərdoğan Praqada Ermənistanın baş naziri Paşinyanla ikitərəfli görüş keçirəcək”.

Bundan əvvəl Türkiyə lideri belə bir görüşün mümkünlüyünü açıqlamışdı. Rəsmi Ankara bildirir ki, Türkiyə Azərbaycanın maraqları və mövqeyi çərçivəsindən kənara çıxmadan Ermənistanla münasibətləri bərpa edə bilər.  

Basta