“Milliön” ödəniş terminalını oğurladılar və yaxalandılar

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə saxlanılıblar.

Onlar Sabunçu rayonu, Balaxanı qəsəbəsində quraşdırılan “MilliÖn” ödəniş terminalını oğurlamaqda şübhəli  bilinirlər.

Məlumata görə, ödəniş terminalının kassa hissəsində 5,405 manat pul olub.

Həmin şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları götürüblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət İşi başlanılıb.

Turan