Rusiya İstintaq Komitəsindən etiraf: “Krım körpüsünün partladılmasında Rusiya vətəndaşları iştirak edib”

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin prezident Vladimir Putinə oktyabrın 8-də Krım körpüsündə baş vermiş terror aktı ilə bağlı təhqiqatın ilkin nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, bunu Ukraynanın xüsusi xidmət orqanları “xarici ölkələrdən gələn Rusiya vətəndaşları”nın köməyi ilə təşkil edib.

Rusiya mediasında Putinin Bastrıkinlə görüşünün video-xülasəsi yayılıb. Burada Putin deyir: “Müəlliflər, icraçılar, sifarişçilər Ukraynanın məxfi xidmətləridir”. Oleksandr Bastrıkin isə belə cavab verir: “Ukraynanın xüsusi xidmət orqanları və bu terror aktının hazırlanmasında kömək edən xarici ölkələrdən olan Rusiya vətəndaşları”. O, partladılmış yük maşınının marşrutu haqqında da danışıb: Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya, Krasnodar”.

Bastrıkin əlavə edib ki, partlayışla bağlı terrorizm maddəsi ilə cinayət işi açılıb,  şahidlər dindirilib, xüsusi ekspertizalar keçirilib.  

Rusiya mediasına sızan məlumatlara görə, Krım körpüsünün partladılmasında əsas icraçılar erməni əsilli Rusiya vətəndaşları olub. 

SakhaNews informasiya agentliyinin məlumatına görə, Krım körpüsündə baş verən partlayışla bağlı şübhəlilər saxlanılıb.

Agentlik istintaq orqanındakı mənbəyə istinadən yazır ki, bu cinayətdə şübhəli bilinən şəxslər Armavirdə fəaliyyət göstərən şirkətin sahibləri Samvel Azatyan, onun oğulları Georgi və Artyom, həmçinin işçi Yuri Postnikovdur. Qeyd edilir ki, içərisi partladıcı maddə ilə dolu olan plyonka rulonları Krım körpüsündə partladılan maşına məhz bu şirkətdə yüklənilib.     

Şirkət soya emalı ilə məşğuldur və Donetsk vilaytindəki Makeyevka qəsəbəsindən olan erməni Georgi Azatyan və onun atası Samvelə məxsusdur. Ailənin kiçik oğlu Artyom hüquqşünasdır. Sonuncu daha yaxşı həyat qurmaq üçün bu yaxınlarda Krıma – Simferopola köçüb. Məlum hadisələrdən bir müddət əvvəl o, atası Samvelə zəng edərək, dostuna məxsus olduğu iddia edilən yükün mövəqqəti olaraq götürülüb saxlanmasını xahiş edib. 

Ertəsi gün nahar vaxtı Mahir Yusubov adlı sürücü həmin şirkətin anbarına göndərilib. Mahir Yusubovun sadəcə ödəniş müqabilində yükdaşımalarla məşğuldur və onun partlayıcı maddədən xəbəri olmayıb.  Georgi Azatyanın iştirakı ilə şirkətin traktorçusu Yuri Postnikov mexaniki yükləyicidən istifadə edərək rulonları maşına yükləyib. Beləliklə, Krım körpüsünü partladan şəxslərin niyə sürücü olaraq məhz azərbaycanlını seçməsinin səbəbi aydın olub. 

Bildirilir ki, körpü partlayandan sonra Rusiyanın xüsusi təyinatlılar anbara gəliblər. İstintaq başlayıb, bütün müttəhimlər dindirilib, Yurinin işlədiyi əlcəklər və işçilərin telefonları müsadirə edilib. Dünən gecə istintaq hərəkətləri və poliqrafiya müayinəsi üçün hamı Simferopola aparılıb. Artyom Azatyan da orada saxlanılıb.

Basta