Krım körpüsünü ermənilər partladıb – KİV
Krım körpüsündə baş verən partlayışla bağlı şübhəlilər saxlanılıb.
Bu haqda SakhaNews informasiya agentliyi məlumat yayıb.
Agentlik istintaq orqanındakı mənbəyə istinadən yazır ki, Krım körpüsünün partladılmasına görə şübhəli bilinən şəxslər Armavirdə fəaliyyət göstərən şirkətin sahibləri Samvel Azatyan, onun oğulları Georgi və Artyom, həmçinin işçi Yuri Postnikovdur. Qeyd edilir ki, içərisi partladıcı maddə ilə dolu olan plyonka rulonları Krım körpüsündə partladılan maşına məhz bu şirkətdə yüklənilib.
Şirkət soya emalı ilə məşğuldur və Donetsk vilaytindəki Makeyevka qəsəbəsindən olan erməni Georgi Azatyan və onun atası Samvelə məxsusdur. Ailənin kiçik oğlu Artyom hüquqşünasdır. Sonuncu daha yaxşı həyat qurmaq üçün bu yaxınlarda Krıma – Simferopola köçüb. Məlum hadisələrdən bir müddət əvvəl o, atası Samvelə zəng edərək, dostuna məxsus olduğu iddia edilən yükün mövəqqəti olaraq götürülüb saxlanmasını xahiş edib.
Ertəsi gün nahar vaxtı Mahir Yusubov adlı sürücü həmin şirkətin anbarına göndərilib. Mahir Yusubovun sadəcə ödəniş müqabilində yükdaşımalarla məşğuldur və onun partlayıcı maddədən xəbəri olmayıb. Georgi Azatyanın iştirakı ilə şirkətin traktorçusu Yuri Postnikov mexaniki yükləyicidən istifadə edərək rulonları maşına yükləyib. Beləliklə, Krım körpüsünü partladan şəxslərin niyə sürücü olaraq məhz azərbaycanlını seçməsinin səbəbi aydın oldu.
Bildirilir ki, körpü partlayandan sonra Rusiyanın xüsusi təyinatlılar anbara gəliblər. İstintaq başlayıb, bütün müttəhimlər dindirilib, Yurinin işlədiyi əlcəklər və işçilərin telefonları müsadirə edilib. Dünən gecə istintaq hərəkətləri və poliqrafiya müayinəsi üçün hamı Simferopola aparılıb. Artyom Azatyan da orada saxlanılıb.
Basta