Çubarov Krımın muxtar statusunun “yenidən formatlaşdırılmasını” təklif edir
Krım tatar xalqı Məclisinin sədri Refat Çubarov Krımın Ukrayna tərkibində milli-ərazi muxtariyyət statusu ilə bağlı Konstitusiyaya dəyişiklik edilməsini təklif edib.
İnterfaks-Ukrayna məlumat verir ki, o bu təkliflə Krım Platformasının Zaqrebdə keçirilən sammitində çıxış edib.
“Biz Ukrayna Konstitusiyasına dəyişiklik etməliyik. Burada Krım muxtariyyətinin milli-ərazi əsasda yaradıldığı və Krım tatarlarının öz müqəddəratını təyinetmə forması olduğu aydın şəkildə göstərilməlidir”
Çubarov izah edib ki, Konstitusiyaya görə, Krım muxtariyyətdir, lakin bu statusun yenidən formatlaşdırılması lazımdır.
“Nəhayət müəyyən edilməlidir, bura müstəqil Ukraynanın bir hissəsi olmaqla bərabər, Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququ əsasında formalaşmış bir subyektdir” – deyə, Çubarov vurğulayıb.