ABŞ-da seçkilərin nəticələri hesablanır

 

ABŞ-da keçirilən aralıq seçkilərinin nəticələrinin hesablanması davam edir.

“Reuters”in məlumatına görə, Respublikaçılar partiyası Nümayəndələr Palatasına nəzarəti ələ keçirməyə hazırlaşır.

Edison Araşdırmasının proqnozuna görə, respublikaçılar Nümayəndələr palatasında  Demokratlara məxsus olan dörd mandatı əldə ediblər. Lakin bu,  səs çoxluğu qazanmaq və Bayden administrasiyasının qərarlarını əngəlləmək üçün lazım olandan bir səs azdır.

Hərçənd, bu rəqəm dəyişə bilər, çünki seçkilərin keçirildiyi bir çox ərazilərin nəticələri hələ elan olunmayıb.

Pensilvaniya, Nevada, Corciya və Arizonada Senat üçün həlledici yarışlar gedir. Bu ştatlarda namizədlər bir birini daban-dabana izləyir. Corciyada seçkilərin ikinci tura qalması ehtimalı var, çunki burada üç namizəd yarışır.

Hazırda Senatda demokratlarla respublikaçılar arasın 50-50-yə səs balansı var, vitse-prezident Kamala Harris isə həlledici səsə sahibdir.

Senatda respublikaçıların hətta minimal çoxluğu Baydenin prioritetlərinə mane ola bilər.

Konqresə seçkilərin yekun nəticəsinin hesablanması yaxın günlərdə başa çatmayacaq. Çünki 46 milyondan çox amerikalı seçkidə poçtla və ya onlayn səs verib və bu səslərin hesablanması vaxt aparacaq.

Basta