Arif Hacılı saxlanılan müsavatçılardan yazdı
Bu gün səhər saatlarından kütləvi həbslər barədə məlumatlar yayılır.
Bu haqda Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Divan üzvü, Mətbuat Xidmətinin rəhbəri Mustafa Hacıbəyli və partiyanın veteran üzvlərindən biri Valeh Hümmətoğlu polis tərəfindən heç bir izahat verilmədən saxlanılıb. Müsavat Partiyasının Məclis üzvü Xətai rayon təşkilatının sədri Qəzənfər Baxışov, Məclis üzvü, Qaradağ rayon təşkilatının sədri Qedim Soltan da saxlanılıb.
Hakimiyytdən repressiyaları durdurmağı, Konstitusiya Günü ərəfəsində vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına son qoyulmasını tələb edirik” – deyə, Arif Hacılı vurğulayıb.
Müsavat Partiyasından verilən məlumata görə, bu gün Divan üzvü Yusif Tağı və Məclis üzvü Raymonda Əliyeva da polis bölməsinə aparılıblar.
Saxlanılanlar bir müddət sonra sərbəst buraxılıb.
Ehtimal olunur ki, müxalifətçilərin polisə aparılmasında məqsəd AXCP-nin bu günə, Müsavat Partiyasının isə ayın 15-nə təyin etdiyi aksiyalar ərəfəsində onlara psixoloji təzyiq etmək və etirazlarda iştirakdan daşındırmaqdır.
Basta