Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ Dövlət katibi arasında görüş keçirilib – VİDEO

Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib.

 

Bayramov və Mnatsakanyan üçtərəfli danışıqlardan imtina ediblər

ABŞ Dövlət katibi Mike Pompeo oktyabrın 23-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlara başlayıb.

AFP xəbər verir ki, Pompeo Dövlət Departamentində əvvəlcə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür.

Pompeo bu danışıqlardan sonra Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşməli idi.

AFP xəbər verir ki, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri üçtərəfli görüşü istəmədiklərini bildiriblər.

Pompeo bildirib ki, “diplomatik vəziyyət gərgindir”:

“Bizim mövqeyimiz az qala hər bir Avropa ölkəsinin tutduğu mövqe kimidir. Biz onlara demişik ki, deeskalasiya olmalıdır və bütün ölkələr bu münaqişədən aralı durmalı, münaqişəni qızışdırmamalı, tərəflərə silah sistemləri və dəstək verməməlidir”.

Pompeo deyib ki, yalnız belə mövqe şəraitində gərginliyin azaldılmasına nail olmaq olar.

 

Görüşdən olan videogörüntünü təqdim edirik:

 

Oxu.az