Polis müxalifətin etiraz aksiyasını dağıdıb – Video
Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz əlaməti olaraq təyin edilmiş etiraz aksiyası saat 16.00 radələrində başlayıb.
Amma polis qüvvələri aksiya iştirakçılarını hələ metronun “İçəri Şəhər” stansiyasının qarşısındakı bağda amansızlıqla saxlamağa başlayıb.
“Azadlıq!”, “İstefa!”, “Azadlıq, ədalət, milli hökumət!” və s. şüarlar səsləndirilib.
Onlar saxlanılır və barmaqlıqlı pəncərələri olan xüsusi avtobuslara mindirilib.
Onlarla etirazçı saxlanılıb.
Aksiya AXCP tərəfindən toplaşmaq azadlığının təmin edilməsi, quru sərhədlərin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər keçirilməsi və demokratik islahatlar aparılması tələbi ilə təşkil olunub.