Ukrayna ordusu Luqanskda 12 kəndi azad etdi

Ukrayna Silahlı Qüvvələri artıq Luqansk vilayətində 12 yaşayış məntəqəsini azad edib.

Bu haqda yerli administrasiyanın  rəhbəri Sergey Qayday məlumat yayıb.

Onun sözlərinə görə, hər bir yaşayış məntəqəsi qiymətlidir və çox ciddi mübarizə nəticəsində əldə edilir.

Qayday Donetsk istiqamətində də qanlı döyüşlərin getdiyini deyib:  “Raşistlər davamlı olaraq  Baxmuta hücum etməyə çalışırlar. Bu  yaxınlarda düşmən ora 2 minə yaxın  əlavə qüvvə gətirib – əksəriyyəti məhbuslardır”.