Müsavat qərar verdi – Divanın gündəliyi
Noyabrın 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan verilən məlumata görə, iclasda əvvəlcə Türkiyədə terror aktı nəticəsində həlak olanların xatirəsi sayğı duruşu ilə yad edilib.
Daha sonra Müsavatın Mingəçevir və Masallı rayon təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqları barədə məlumat verilib. Müsavatın bərpasının 30 illiyi ilə əlaqədar partiyanın qərargahında keçirilən tədbir təqdir edilib.
Noyabrın 26-da Müsavat Məclisinin sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib. Sessiyada Məclis və Mərkəzi Nəzarət Təftiş Komitəsinin tərkibində boş qalan yerlərə seçkilərin keçirilməsi qərara alınıb.
Noyabrın 15-də saat 15-də İranın Bakıdakı səfirliyinin binası qarşısında Müsavat Partiyasının çağırışı ilə etiraz aksiyası keçiriləcək. Aksiyada İranın Azərbaycana qarşı təhdidləri və Tehran rejiminin etiraz aksiyalarını zorakılıqla dağıltmasına etiraz nümayiş olunacaq. Divanda aksiyaya hazırlıqla bağlı tapşırıqlar verilib.
Xerson şəhərinin işğaldan azad olunması Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi kimi qiymətləndirilib. ABŞ-da keçirilən seçkilərin ilkin nəticələri və digər hasisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.
Basta