Futbol azarkeşi Ukraynaya və İrandakı etirazçılara dəstək üçün meydançaya girdi
Qətərdə keçirilən dünya çempionatında noyabrın 28-də keçirilən Portuqaliya – Uruqvay matçı meydançaya azarkeşin girməsi səbəbilə qısa müddətə dayandırılıb.
Onun əlində LGBT bayrağı olub. Geyindiyi köynəyin ön hissəsində “Ukraynanı xilas et” (Save Ukraine) şüarı, arxasında isə – “İran qadınlarına hörmət” (Respect for Iranian Women) sözləri yazılıb.
Rusiyanın “Match TV” telekanalının şərhçisi hadisəyə belə reaksiya verib: “Oh-oh-oh, biz görmürük, biz baxmırıq”.
Fəalın meydandan çıxarılmasından az sonra matçda hesabı portuqaliyalı futbolçular açıb (oyunun yekun hesabı 2:0 portuqalların xeyrinə olub, hər iki qolu Bruno vurub).
Basta