Kadırovçuların Ukraynada girov götürdüyü azərbaycanlı tələbə azad olundu

Ukraynanın Mariupol şəhərində Rusiya ordusundakı  Kadırovçular tərəfindən girov saxlanan azərbaycanlı tələbə Hüseyn Abdullayevi artıq azad edilib.

 

Bunu Müsavat Gənclər Təşkilatının İdarə heyətinin üzvü, “Basta” saytının əməkdaşı Ayxan Hacıbəyli sosial şəbəkə üzərindən yaydığı məlumatda bildirib.

 

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.
Basta