Azərbaycan 13 hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib

Noyabrın 28-də Azərbaycan sentyabrın 13-14-də həlak olmuş 13 erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan öz Facebook səhifəsində yazıb.