Müsavat başqanı: “Quru sərhədlər xalqın üzünə bağlı, oliqarxların üzünə açıqdır”
Quru sərhədlərin bağlı saxlanmasının nə pandemiya, nə də təhlükəsizliklə heç bir əlaqəsi yoxdur.
Quru sərhədlər aviaşirkətlərin, xarici ticarətlə məşğul olan vəzifəli oliqarxların monipolist maraqları, onların daha da varlanması naminə bağlı saxlanılır.
Çünki quru sərhədlər hakim zümrə üçün həmişə açıqdır. Hər gün bu sərhədlərdən yüzlərlə, bəlkə də minlərlə maşın keçir.
Azərbaycanda olan bütün qapılar kimi, quru sərhədlərin qapıları da yalnız zillət içində yaşamağa məhkum edilən xalqın üzünə bağlıdır.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.