Ərdoğanın potensial rəqiblərindən birinin barəsində həbs qərarı verildi
Türkiyədə gələn il keçiriləcək prezident seçkilərində AKP sədri Rəcəb Tayyib Ərdoğanın mümkün rəqiblərindən biri haqqında həbs qərarı çıxarılıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı Yüksək Seçki Qurumunun (YSK) üzvlərini təhqir etmək iddiası ilə açılan iddiada qərar açıqlanıb.
İmamoğlu “YSK sifarişlə İstanbulda seçkinin nəticəsini ləğv etdi” sözünə görə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, həmçinin İmamoğlunun Türkiyə Cəza Məcəlləsinin (TCK) siyasi qadağa da daxil olmaqla 53-cü maddəsində göstərilən bəzi hüquqlarını həyata keçirməkdən məhrum edilməsinə qərar verib.
İmamoğlu qərarın əsassız olduğunu bildirib: “Bizim 2023 ideallarımız var. Millətimizi işıqlı günlərə daşımaq üçün bu ölkənin üzərinə çökməyə çalışan zehniyyəti seçkilərdə yola salacayıq. İstanbulda uğur qazandıq, Türkiyədə də uğur qazanacağıq”.
Basta