Müsavat Divanının gündəliyi
İyunun 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda ötən həftə ərzində dünyasını dəyişmiş müsavatçılar Sahib Aslanbəyli, Vidadi Feyzi və Sahib Mahmudovun xatirəsi sayğı duruşu ilə yad edilib.
Müsavat başqanı Arif Hacılı Brüsselə səfəri və Avropa Parlamenti “Renew Europe” qrupunun “Şərq Tərəfdaşlığı” mövzusunda təşkil etdiyi tədbirdə iştirakı və keçirdiyi görüşlər barədə məlumat verib. Müsavat Partiyasının xarici əlaqələrinin inkişafı təqdir edilib, bu istiqamətdə növbəti addımlara dair təkliflər irəli sürülüb.
Müsavat Partiyasının Biləsuvar, Cəlilabad, Xəzər, Binəqədi, Nərimanov və Ağsu rayon təşkilatlarında keçirilən hesabat-seçki iclasları barədə məlumat dinlənilib.
Azərbaycan-Ermənistan sərhədində son durum, Rusiyanın Ukraynaya qarşı təcavüzü və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
İyulun 16-da saat 12-də partiya Məclisinin sessiyasının keçirilməsi barədə qərar qəbul edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta