Həbsdə olan güneyli qadınların taleyindən xəbər yoxdur

Həbsdə olan Güney Azərbaycanlı milli fəal qadınların taleyindən xəbər yoxdur

Noyabrın 15-də Tehran şəhərində keçirilən etiraz aksiyasında saxlanılan Süheyla Ocağı və bir neçə gün öncə Həmədan şəhərində həbs edilən Zəra Nadiri barədə məlumat əldə etmək mümkün olmur.

Hər iki xanım fəalın ailələrinin əlaqədar dövlət qurumlarına müraciətlərinə baxmayaraq onların arada saxlanıldığı və nədə ittiham olunduqları barədə açıqlama verilmir.

Fəalların yaxınların Sühheyla Ocağı və Zəhra Nadirinin təhlükəsizlik təcridxanasında saxlanıldıqlarını ehtimal edir və onlardan məcburi etiraf almaq üçün işgncə edilə biləcəklərindən nigəranlıqlarını bildirirlər.

Gunaz.tv