Erministandan Rusiyaya demarş – üçtərəfli görüşdən imtina etdi

 

Sabah, dekabrın 23-də Rusiyanın paytaxtı Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulsa da, baş tutmayacaq.

Nikol Paşinyanın qəzeti kimi tanınan “Haykakan Jamanak”ın məlumatına görə,  Ermənistan tərəfi danışıqlarda iştirakdan imtina edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan mətbuata bildirib ki, Ermənistan tərəfi təxminən 2 həftə əvvəl, Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni şəkildə bağlanmasından əvvəl Moskvada keçiriləcək görüşdə iştiraka hazır olduğunu təsdiqləyib.

“Aydındır ki, hazırda xarici işlər naziri Ararat Mirzoyanın işinin prioriteti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun olaraq Laçın dəhlizinin işinin maneəsiz bərpa olunması və qarşıdurma zamanı yaranan problemlərin həllidir. Dağlıq Qarabağdakı humanitar böhranın nəticəsi olaraq erməni tərəfi Moskvada planlaşdırılan görüşü təxirə salmağı xahiş edib” – deyə, Ermənistan XİN-in sözçüsü bildirib.

Eyni zamanda, bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub, Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı tərəflər arasında Laçın dəhlizinin bağlanması və bu ərazidə minaların istismarı ilə bağlı fikir ayrılıqları səbəbindən Rusiya sülhməramlı birləşməsinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə edilib.

Sergey Lavrov Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz əlaqəni təmin etmək üçün üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb və İrəvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşündə iştirakdan imtina etməsindən təəssüfləndiyini bildirib.

Qeyd edək ki, dekabrın 23-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçiriləcək.