Mirzoyan Lavrovun yalanını üzə çıxardı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azatutyun” radiostansiyasına müsahibəsində Rusiya Xarici İşlər Naziri Serqey Lavrovun yalanını üzə çıxarıb.
Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər nazirinin dekabrın 23-nə planlaşdırılan üçtərəfli görüşdə iştirak etməyəcəyi barədə məlumatı diplomatik kanallardan yox, mətbuatdan öyrəndiklərini söyləyib və buna təəccüb etdiyini bildirib.
Mirzoyan isə deyib ki, Moskvada planlaşdırılan görüşün təxirə salınması ilə bağlı erməni tərəfinin xahişi ER XİN və Ermənistanın Rusiyadakı səfirliyi tərəfindən həm Rusiya Federasiyası XİN-in mərkəzi aparatına, həm də Rusiya Federasiyasının Ermənistandakı səfirliyinə göndərilib. Mirzoyan əlavə edib ki, müvafiq məlumat dərc edilməzdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin Moskvaya getməyəcəyini bəyan edib.