İranda etirazlarla bağlı iki yeniyetmə edama məhkum edildi
İranda daha iki yeniyetmə rejimə qarşı etirazlarda iştiraka görə “Allaha qarşı müharibə” ittihamları ilə edam cəzasına məhkum edilib.
ABŞ-da fəaliyyət göstərən HRANA qrupu yanvarın 4-də məlumatlı bir mənbəyə istinadən bildirib ki, ölkənin şimalında yerləşən Sari şəhərinin İnqilab Məhkəməsi 18 yaşlı Arşia Takdastanı sentyabr ayında Novşəhr şəhərində etiraz aksiyası zamanı polis maşınına içki şüşəsi və daş atmaqda ittiham edərək, ona qarşı ölüm hökmü çıxarıb.
Həmin məhkəmə eyni nümayiş zamanı həbs edilən başqa bir yeniyetməni, Mehdi Məhəmmədifərdi sentyabrın 21-də Növşəhrdə keçirilən mitinqin təşkilinə və keçirilməsinə yardım etdiyinə görə ölüm cəzasına məhkum edib.
HRANA Məhəmmədifərdin qohumlarına istinadən bildirib ki, ona etiraf “məcburən etdirilib” .
Hökumətin nümayişçilərə və müxaliflərə qarşı qəddar basqısı nəticəsində jurnalistlər, hüquqşünaslar, fəallar, hüquq müdafiəçiləri və hökumətə qarşı çıxan digər şəxslər olmaqla, minlərlə insan həbs edilib.
İran qanunvericiləri etirazçılar üçün ölüm hökmü də daxil olmaqla, daha ağır cəzaların verilməsini tələb edib.
İlk edamlar beynəlxalq ictimaiyyətin etirazlarına səbəb olub və insan haqları qrupları edamların qarşısını almaq üçün İrana təzyiqləri artırmağa çağırıb.
Foto: İnsanlar Nyu-Yorkda BMT binası qarşısında insanlar İranda edamlara etiraz edirlər.
Amerikanın səsi