Ukrayna Rusiya ərazisinə yeni hücumlar planlaşdırır

 

Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat departamentinin rəhbəri Kirill Budanov Amerikanın ABC telekanalına müsahibəsində bildirib ki, Rusiyadakı hədəflərə növbəti zərbələrin endirilməsi ehtimalı var.

Budanov bildirib ki, hücumlar Rusiyanın daxilində “daha dərinə” gedəcək. Lakin o, onların arxasında Ukraynanın olub-olmamasına aydınlıq gətirməkdən imtina edib və bildirib ki, ölkəsinin bu hücumlara görə məsuliyyəti barədə yalnız müharibə başa çatdıqdan sonra şərh verə bilər. Krımdakı təxribatla bağlı sualı cavablandıran Budanov deyib: “Krım Ukrayna ərazisidir, biz öz ərazimizdə istənilən silahdan istifadə edə bilərik”.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri əlavə edib ki, o, 2023-cü ilin martına qədər döyüşlərin intensivləşəcəyini gözləyir. Onun sözlərinə görə, Ukrayna böyük hücum planlaşdırır. “Bu, Krımdan Donbasa qədər bütün Ukraynada baş verəcək” – Budanov bildirib. O, həmçinin, Ukraynaya hərbi yardıma görə ABŞ-a minnətdarlığını bildirib və bildirib ki, tezliklə Kiyev Vaşinqtondan Bradley piyada döyüş maşınlarının tədarükünü gözləyir. “Biz onları gözləyirik. Biz onları səbirsizliklə gözləyirik. Bu, bölmələrimizin döyüş qabiliyyətini xeyli artıracaq” – deyə, Budanov bildirib.

Dadaş Əhmədli