Ruslar “atəşkəs” günündə Baxmutu atəşə tutdular: iki nəfər ölüb, çoxlu yaralı var
Donetsk vilayətinin Baxmut şəhərinin atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 13 dinc sakin yaralanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yaşayış məntəqələrinə hücumlar nəticəsində 66 yaşlı kişi və 61 yaşlı qadın həlak olub. Daha 13 nəfər mina partlayıcısı və qəlpə yaraları alıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin paravoslavların milad bayramı münasibətilə yanvarın 6-sı saat 12:00-dan, 7-si saat 24:00-dək atəşkəs elan etmişdi.
Basta