Müsavat Rəsulzadəni Novxanıda anacaq
Yanvarın 30-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub.
Qəbul olunan qərara əsasən, Müsavat Partiyası yanvarın 31-də saat 12:00-da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı, öndərin Novxanı qəsəbəsindəki abidəsi önündə anım tədbiri keçirəcək.
Divan Azərbaycanın İrandakı səfirliyinə olan hücumu Azərbaycana qarşı terror hadisəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, Tehran polisinin terror aktını qarşısını almaq üçün heç bir tədbir görməməsi, cinayətkarın İranın dövlət televiziyalarına çıxarılması bu hadisənin arxasında teokratik rejimin dayanması ehtimallarını artırır. Müsavat Azərbaycan hakimiyyətindən adekvat diplomatik qərarların qəbul olunmasını tələb edir.
İclasda regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta