İrandakı səfirliyimiz fəaliyyətini DAYANDIRDI

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

“Səfirliyin inzibati binasının və əmlakının qorunması üçün əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, – deyə XİN başçısının müavini qeyd edib.