28 may Türkiyə üçün də tarixi gün ola bilər
Mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Bu haqda martın 10-da AKP sədri olan dövlət başçısı Receb Tayib Ərdoğan fərman imzalayıb.
Bundan dərhal sonra Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener mayın 14-də ümumi parlament və prezident seçkilərinin keçiriləcəyini açıqlayıb. Həmçinin, seçkinin ilk turunda qalibin müəyyənləşmədiyi təqdirdə, ikinci turun mayın 28-də keçirilməsinə qərar verdiklərini bildirib.
Qeyd edək ki, seçkidə əsas rəqiblər Cumhur ittifaqı ilə “Altılı masa”dır.
Cumhur ittifaqında birləşən Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası prezidentliyə Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib.
Cümhuriyyət Xalq Partiyası, İyi Parti, Səadət Partiyası, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası və Demokrat Partiyasını birləşdirən “Altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğludur.
Beləliklə, Türkiyədə demokratiyanın, haqqın, hüququn və ədalətin taleyi mayın 28-də, Azərbaycan Müstəqillik Gününün 105-ci ildönümündə müəyyən edilə bilər.
Mustafa Hacıbəyli